Menyu

"Zirə"nin sabiq futbolçusu Almaniyada çıxış edəcək

Operativ Media
"Zirə"nin sabiq futbolçusu Almaniyada çıxış edəcək
1 dəq oxu

“Zirə”nin yollarını ayırdığı Vensan Till özünə yeni komanda tapıb.

Operativ Media  xəbər verir ki, lüksemburqlu futbolçu Almaniyada oynayacaq.

O, 3-cü liqada çıxış edən “Valdhof Manhaym” klubu ilə anlaşıb.

Till mövsümün sonuna qədər Almaniya klubuna kömək edəcək.

Lüksemburq millisinin 25 yaşlı yarımmüdafiəçisi “Zirə”dən əvvəl “Sabah”da da oynamışdı.

Əlaqəli Xəbərlər