"Neftçi"nin sabiq baş məşqçisinin yeni iş yeri bilindi
Operativ Media
“Qəbələ” və “Neftçi” klublarına rəhbərlik etmiş Roman Qriqorçukun karyerasında yeni mərhələ başlayıb.
Operativ Media xəbər verir ki, 61 yaşlı ukraynalı mütəxəssis “Çernomorets” klubunun baş məşqçisi vəzifəsinə gətirilib. Təyinatla bağlı məlumat klubun rəsmi mətbuat xidməti tərəfindən təsdiqlənib. Tərəflər arasında imzalanan müqavilənin müddəti və maliyyə şərtləri hələlik açıqlanmır.
Qeyd edək ki, Roman Qriqorçuk 2015–2018-ci illərdə “Qəbələ”ni çalışdırıb. O, 2024-cü ilin iyun ayında “Neftçi”nin baş məşqçisi postuna təyin olunsa da, oktyabr ayında Bakı klubundan ayrılıb.