Menyu

"Arsenal" Arda Güləri heyətinə qatmaq istəyir

Operativ Media
"Arsenal" Arda Güləri heyətinə qatmaq istəyir

İngiltərənin “Arsenal” klubu “Real Madrid”in 20 yaşlı hücumameyilli yarımmüdafiəçisi Arda Güler üçün transfer marağını davam etdirir.

Operativ Media İngiltərə və İspaniya mətbuatına istinadən xəbər verir ki,  “Arsenal” Gülərlə bağlı rəsmi sorğu göndərib. London təmsilçisi norveçli yarımmüdafiəçi Martin Odeqardın əvəzinə türkiyəli futbolçunu transfer etməyi düşünür.

Habelə yayılan xəbərlərdə “Arsenal”ın Arda Gülər üçün 80 milyon avro civarında təklif hazırladığı, lakin “Real Madrid” rəhbərliyinin bu təklifə hələlik müsbət yanaşmadığı iddia olunur.

Məlumatlarda o da qeyd edilir ki, Güler hazırda yeni “Real Madrid” baş məşqçisi Alvaro Arbeloanın rəhbərliyi altında start heyətində yer almaq üçün mübarizə aparır və bununla bağlı klubdaxili gələcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Hazırkı vəziyyətə görə “Arsenal” Gülər üçün nəinki bu qış, eyni zamanda 2026-cı ilin yay transfer pəncərəsində də yenidən cəhd edə bilər. 

Əlaqəli Xəbərlər