AFFA və Türkiyə Futbol Federasiyası arasında təcrübə mübadiləsi aparılıb
Operativ Media
AFFA rəsmiləri Türkiyədə səfərdə olublar.
Operativ Media xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, baş katibin müşaviri Orxan Həsənov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəhbəri Sabir İsmayılov Türkiyə Futbol Federasiyasına məxsus Riva Həsən Doğan Milli Komandaların Təlim-Mərkəzinə təcrübə səfəri həyata keçiriblər.
Səfər çərçivəsində yerli federasiyanın infrastruktur üzrə məsul nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb və Təlim-Mərkəzin ümumi ərazisinə baxış təşkil olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net