Menyu

"Real Madrid" Holanın transferi üçün 500 milyon avro ödəyə bilər

Operativ Media
"Real Madrid" Holanın transferi üçün 500 milyon avro ödəyə bilər

"Real Madrid" yay transfer pəncərəsində "Mançester Siti"nin hücumçusu Erlinq Holandla müqavilə imzalamaq istəyir.

Operativ Media xəbər verir ki, bu haqda "Sky Sport Germany" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Real Madrid"in prezidenti Florentino Peres şəxsən 25 yaşlı norveçlini almaqda maraqlıdır. Bu razılaşma "Real"a bonuslar və maaş da daxil olmaqla 500 milyon avroya başa gələ bilər.

Holanın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2034-cü ilə qədərdir. "Transfermarkt" onun dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

Holann bu mövsüm bütün turnirlərdə 29 oyunda 26 qol vurub və 4 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər