Menyu

Endi Robertson: “İlk 8-liyə düşmək üçün "Marsel" və "Qarabağ"ı udmalıyıq”

Operativ Media
Endi Robertson: “İlk 8-liyə düşmək üçün "Marsel" və "Qarabağ"ı udmalıyıq”

“Liverpul”un müdafiəçisi Endi Robertson komandanın UEFA Çempionlar Liqasındakı durumunu dəyərləndirib.

Operativ Media xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi 1/8 finala vəsiqəni hədəflədiklərini bildirib.

Şotlandiya millisinin kapitanı bunun üçün son iki turda qələbənin qaçılmaz olduğunu söyləyib: “Mövsüm bizim üçün stressli keçir. Premyer Liqada liderdən uzaq qalmışıq. Ancaq Çempionlar Liqasında ilk “8-liy”ə düşmək öz əlimizdədir. Son iki turda "Marsel"i və “Qarabağ”ı mütləq məğlub etməliyik. Bu halda 1/8 finala vəsiqəni rəsmiləşdirmiş olarıq. Avrokubokda ilk növbədə Fransadakı matça köklənməliyik. Ondan sonra “Qarabağ”la evdəki matç barədə düşünmək olar. Hər iki qarşılaşmadan qalib ayrılacaq gücümüz var”.

Robertson mövsümün sonunda “Liverpul”u tərk edəcəyini istisna etməyib: “Beş ayım qalıb, getmək üçün variantların olub-olmadığını görməliyik. Ailəmlə oturub qərar verəcəyəm. Cari mövsüm burada fərqli rolum var və bundan zövq alıram. Amma günün sonunda futbolçular oynamaq istəyirlər və əgər kimsə ehtiyat oyunçular skamyasında xoşbəxt oturubsa, deməli, o, heç bir kluba aid deyil”.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də “Enfild Roud”da keçiriləcək.

Əlaqəli Xəbərlər