Türkiyə Super Liqası klubu "Qalatasaray" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Operativ Media Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-qırmızılı"lar Macarıstanın "Ferentsvaroş" klubundan Aleks Tothu heyətinə qatmaq istəyir.
20 yaşlı yarımmüdafiəçi ilə Avropanın bir neçə klubu da maraqlanır. İngiltərənin "Bornmut" klubu futbolçunu heyətinə qatmağa daha yaxındır.
Aleks Toth bu mövsüm Macarıstan liqasında 14 oyuna çıxıb, bir qol və bir assistlə yadda qalıb.