"Zirə" Ukrayna komandasına məğlub oldu
Operativ Media
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” komandası növbəti yoxlama oyununu keçirib.
Operativ Media xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Aleksandriya” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:2. “Zirə”nin qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski və 54-cü dəqiqədə Ceyhun Nuriyev vurublar.
“Qartallar” bu gün Bakı vaxtı ilə saat 18:00-da Çexiyanın “Bohemians 1905” kollektivləri ilə də oynayacaq.
Qeyd edək ki, Bakı klubu ilk yoxlama oyununda Rumıniyanın “Çiksereda” klubu ilə bərabərə qalıb – 3:3.