Menyu

Azərbaycan millisi "Səbail"ə qalib gəldi

Operativ Media
Azərbaycan millisi "Səbail"ə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Operativ Media xəbər verir ki, U-21 millimiz I Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb. “Dalğa Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.

Əlaqəli Xəbərlər