Menyu

Qurban Qurbanov: İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi

Operativ Media
Qurban Qurbanov: İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi

“Qarabağ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci, ümumilikdə üçüncü yoxlama oyunu keçirib.

Operativ Media  xəbər verir ki, Azərbaycan çempionu Polşanın “Zaqlebye” kollektivini 3:1 hesabı ilə məğlub edib.

Matçın ardından ağdamlıların baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib: “Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə bu gün keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı. Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım”.

Qeyd edək ki, “Qarabağ” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Özbəkistanın “Neftçi” (Fərqanə) klubunu 5:0, ikinci matçında isə bu gün Xorvatiyanın “Osiyek” kollektivini 3:1 hesabı ilə məğlub edib.

Əlaqəli Xəbərlər