"Qalatasaray" klubunun və Türkiyə millisinin sabiq hücumçusu Ümit Karan həbs edilib.
Operativ Media xəbər verir ki, 46 yaşlı sabiq futbolçuya “narkotik maddələrin təmin edilməsi” və “narkotik maddələrdən istifadəyə kömək” ittihamları irəli sürülüb.
Qeyd edək ki, Ümit Karan bir neçə gün əvvəl Sabiha Gökçen adına İstanbul Hava Limanında polis tərəfindən saxlanılmışdı.