Menyu

“Qarabağ” – “Ayntraxt Frankfurt” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb

Operativ Media
“Qarabağ” – “Ayntraxt Frankfurt” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” (Almaniya) oyunu öncəsi mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları müəyyənləşib.

Operativ Media xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə təşkil olunacaq mətbuat konfransı yanvarın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin gün saat 18:00-da isə "Azersun Arena"da komandanın media nümayəndələri üçün açıq məşqi baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Qonaq komanda “Ayntraxt Frankfurt”un mətbuat konfransı və media üçün açıq məşqi isə Almaniyada keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt Frankfurt” qarşılaşması yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 21:45-də start götürəcək.

Əlaqəli Xəbərlər