Menyu

“FIFA Series 2026”: Azərbaycan Oman, Syerra-Leone və Sent Lusiya ilə qarşılaşacaq

Operativ Media
“FIFA Series 2026”:  Azərbaycan Oman, Syerra-Leone və Sent Lusiya ilə qarşılaşacaq

“FIFA Series 2026”nın strukturu və iştirakçıları təsdiqlənib.

Operativ Media Braziliyanın otempo.com.br saytına istinadən xəbər verir ki, mart və aprel aylarında beynəlxalq pəncərədə keçiriləcək turnir 8 fərqli ölkədə təşkil olunacaq.

Ümumilikdə 36 komandadan ibarət 9 qrup təşkil olunacaq. Azərbaycanda baş tutacaq “FIFA Series”in iştirakçıları da artıq məlumdur. Belə ki, millimizlə yanaşı, Oman, Sierra Leone və Sent Lusiya yığmalarının ölkəmizdəki turnirə qatılacaqları bildirilib.

Yarışın təqvimi açıqlanmasa da, yarımfinal və final formatında təşkili planlaşdırılır. İlk oyun gününün qalibləri finalda, məğlublar isə 3-cü yer uğrunda matçda qarşılaşacaq.

Qeyd edək ki, 2024-cü ildə də “FIFA Series” turnirinə ev sahibliyi edən ölkələrdən biri Azərbaycan olub.

Əlaqəli Xəbərlər