Yurgen Klopp "Real Madrid"i çalışdıracaq?

"Liverpul"un keçmiş baş məşqçisi, hazırda "Red Bull Group"da futbol əməliyyatları direktoru vəzifəsində çalışan Yurgen Klopp "Real Madrid"ə təyin olunacağı ilə bağlı şayiələrə münasibət bildirib.
Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.
Alman məşqçi hazırda məşqçiliyə qayıtmaq planlarının olmadığını, lakin gələcəkdə belə bir ehtimalın olduğunu istisna etməyib.
"Hazırda yox deyərdim, amma gəlcəkdə nə olacaq deyə bilmərəm. Fikrimi dəyişəcəyimi düşünmürəm, amma bilmirəm".
Klopp həmçinin qeyd edib ki, hazırkı rolundan məmnundur və dəyişməyə ehtiyac duymur.
"Mən elə bir mərhələdəyəm ki, mövqeyimdən tamamilə razıyam. Başqa yerdə olmaq istəməzdim", - Klopp əlavə edib.
58 yaşlı mütəxəssis 2024-cü ildə "Liverpul"dan ayrıldıqdan sonra baş məşqçi vəzifəsində çalışmayıb. Klopp əvvəllər "Borussiya Dortmund" və "Maynts"ı çalışdırıb.