Menyu

"Barselona"nın qapıçısı İspaniyada klubunu dəyişir

Operativ Media
"Barselona"nın qapıçısı İspaniyada klubunu dəyişir

Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen İspaniyada klubunu dəyişməyə yaxındır.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, "Barselona" və "Jirona" qapıçının icarəsi ilə bağlı şifahi razılığa gəliblər.

33 yaşlı futbolçu transferə razılıq verib və bundan sonra tərəflər danışıqları intensivləşdiriblər. İndi isə klublar arasında prinsipial razılıq əldə edilib.

Razılaşma yaxın günlərdə yekunlaşdırıla bilər. Transferin bu həftənin əvvəlində başa çatması mümkündür. "Jirona" hazırda La Liqanın turnir cədvəlində 10-cu yerdədir.

Əlaqəli Xəbərlər