“Qarabağ” – “Ayntraxt” oyununa satılan bilet sayı açıqlandı
Operativ Media
UEFA Çempionlar Liqası çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Ayntraxt” qarşılaşmasına maraq böyükdür. Oyuna indiyədək 26 500 bilet satılıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Klub azarkeşlərə müraciət edərək, biletlərin tükənmədən əldə olunmasını tövsiyə edib. Bildirilib ki, Çempionlar Liqası həyəcanı Tofiq Bəhramov adına Respublika stadionunda yaşanacaq və biletlər məhdud saydadır.