Türkiyəli baş məşqçi Rusiya klubundan ayrıldı
Operativ Media
Türkiyəli baş məşqçi Gökdəniz Karadəniz Rusiyanın "Rubin 2" klubundan ayrılıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Ayrılığa səbəb türkiyəli mütəxəssisin klubla müqavilə müddətinin başa çatması olub.
“Rubin-2”nin yeni baş məşqçisi vəzifəsinin icrası Karadənizin məşqçilər heyətində yer alan Andrey Fyodorova həvalə edilib.
“Rubin” üçün əfsanəvi fiqur sayılan Gökdəniz 2023-cü ilin iyulunda bərpa olunan “Rubin-2”yə rəhbərlik edib. O, komandanın “sükanı arxasında” ikinci liqa B-də üç mövsüm keçirib. Bu müddət ərzində “Rubin-2” iki dəfə bürünc medallara sahib çıxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net