Menyu

"Davos səfəri Azərbaycanın beynəlxalq arenadakı fəal rolunu bir daha göstərdi" - Deputat

Operativ Media
"Davos səfəri Azərbaycanın beynəlxalq arenadakı fəal rolunu bir daha göstərdi" - Deputat

“Davos İqtisadi Forumu qlobal iqtisadi trendlərin formalaşdığı, dünyanın gələcəyi ilə bağlı əsas ideyaların müzakirə olunduğu mühüm platformadır. Azərbaycan Prezidenti bu forumda mütəmadi iştirak etməklə ölkənin beynəlxalq iqtisadi və siyasi mövqeyini ardıcıl şəkildə təqdim edir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında millət vəkili Hikmət Məmmədov deyib. 

O bildirib ki, bu dəfəki Davos səfəri də Azərbaycanın qlobal gündəmdə fəal rolunu bir daha göstərdi:

“Prezident İlham Əliyev dövlət və hökumət başçıları, eləcə də dünya iqtisadiyyatını istiqamətləndirən transmilli şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi. Görüşlərdə xüsusilə qlobal iqtisadiyyatın yaşıl enerji və rəqəmsal texnologiyalar mərhələsinə keçidi fonunda Azərbaycanın mövqeyi və bu prosesə verə biləcəyi töhfələr diqqət mərkəzində oldu.

Eyni zamanda, Prezident Davos platformasında regional və qlobal təhlükəsizliklə bağlı mühüm mesajlar verdi. Ermənistan–Azərbaycan münasibətləri, postmünaqişə dövründə sülh gündəliyi, eləcə də regionu və dünyanı narahat edən proseslərə dair mövqelər Azərbaycanın beynəlxalq nizamda artan rolunu nümayiş etdirdi.

Ümumilikdə, Davos səfəri Azərbaycanın təkcə iqtisadi tərəfdaş kimi deyil, həm də qlobal sülh və əməkdaşlıq təşəbbüslərində etibarlı aktor kimi qəbul olunduğunu bir daha təsdiqlədi”.


Əlaqəli Xəbərlər