Menyu

Bəhlul Mustafazadə: "Ümid edirəm ki, sonda pley-off-a vəsiqə qazanan tərəf biz olacağıq”

Operativ Media
Bəhlul Mustafazadə: "Ümid edirəm ki, sonda pley-off-a vəsiqə qazanan tərəf biz olacağıq”

“Ayntraxt Frankfurt”la oyundan sonra “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, futbolçu penal epizoduna görə məyus olduğunu desə də, oyunun gedişində qol vurmağa kökləndiyini bildirib:

“Penal epizoduna görə çox məyus idim. Oyun gedə-gedə qol vurmaq haqda düşünürdüm. Son saniyələrdə qol vurduğum üçün çox şadam. Ən əsası isə qələbə qazandığımız üçün sevincliyəm”.

Mustafazadə “Ayaks”la oyundan sonra komandanın ciddi tənqidlərə məruz qaldığını da xatırladıb:

“‘Ayaks’la oyundan sonra çox tənqid olunduq. Haqlı tənqidlər də var idi. Buna baxmayaraq, komanda olaraq toparlanmağı bacardıq. Hədəfimiz pley-off-a vəsiqə qazanmaq idi və bu gün həmin məqsəd yolunda çox önəmli bir addım atdıq”.

Müdafiəçi işlərinin hələ tamamlanmadığını vurğulayıb:

“İşimiz hələ bitməyib. Ümid edirəm ki, sonda pley-off-a vəsiqə qazanan tərəf biz olacağıq”.

Qeyd edək ki, “Qarabağ”ın “Ayntraxt Frankfurt” üzərində qazandığı qələbə komandanın turnirdəki şanslarını əhəmiyyətli dərəcədə artırıb.

Əlaqəli Xəbərlər