“Qarabağ”dan tarixi sıçrayış: "Top-24" şansında ən böyük artım

Çempionlar Liqasında 7-ci turun oyunlarından sonra “Top-24” mərhələsinə vəsiqə ehtimallarında ən böyük müsbət dəyişiklik “Qarabağ”ın adına yazılıb.
Operativ Media xəbər verir ki, Azərbaycan çempionunun növbəti mərhələyə yüksəlmə şansı +63.4% artıb. Bu, bütün komandalar arasında ən yüksək göstəricidir və “Qarabağ”ın turnirdəki mövqeyinin ciddi şəkildə möhkəmləndiyini göstərir.
“Qarabağ”dan sonra ən böyük irəliləyiş qeydə alan klublar bunlardır:
“Athletic Club” – +36.06%
“Olympiacos” – +28.81%
“Ajax” – +8.42%
“Club Brugge” – +8.18%
“Bodø/Glimt” – +8.06%
“Galatasaray” – +6.71%
7-ci tur bir sıra tanınmış klublar üçün isə uğursuz alınıb. Onların “Top-24” şansları kəskin şəkildə azalıb:
PSV Eindhoven – −26.92%
Benfica – −24.24%
Napoli – −21.95%
Eintracht Frankfurt – −21.77%
FC Copenhagen – −19.56%
Monaco – −16.55%
Union SG – −11.71%