Abdullah Zubir: "Bəhlul sanki Benzema kimi qol vurdu"

“Qarabağ”ın futbolçusu Abdullah Zubir “Ayntraxt”la oyundan sonra jurnalistlərə açıqlama verib.
Operativ Media xəbər verir ki, o, matçın gedişini dəyərləndirərək bildirib ki, komanda çətin anlarda belə oyun planına sadiq qalıb:
“İnanılmaz oyun idi. Matça yaxşı başladıq, lakin ardınca qapımızda iki qol gördük. Buna baxmayaraq, öz oyunumuzu oynamaqdan əl çəkmədik. Məncə, bu, düzgün qərar idi”.
Zubir komandanın geri dönüşünü xüsusi vurğulayıb:
“İkinci qolu vurduq, ardınca isə Bəhlul fərqləndi. Onun qolu sanki Benzemanın vurduğu qolları xatırladırdı — əsl hücumçu kimi. Bu qələbəyə görə çox xoşbəxtəm”.
O, həmçinin hakim qərarından sonra oyunun axarını dəyişə bildiklərini qeyd edib:
“Hakimin qərarından sonra matçı öz xeyrimizə çevirməyi bacardıq”.
Sonda Abdullah Zubir növbəti qarşılaşma ilə bağlı da fikirlərini bölüşüb:
“Səbrsizliklə "Liverpul"la oyunu gözləyirik”.