Menyu

“Qarabağ” və “Qalatasaray” üçün çətin yol: Pley-offda kimlərlə üzləşə bilərlər?

Operativ Media
“Qarabağ” və “Qalatasaray” üçün çətin yol: Pley-offda kimlərlə üzləşə bilərlər?

UEFA Çempionlar Liqasında liqa mərhələsinin mövcud turnir cədvəli əsasında komandaların mümkün qarşılaşmaları müəyyənləşib.

Operativ Media-nın məlumatına görə, hazırda 10 xalla 17 və 18-ci pillələrdə qərarlaşan “Qalatasaray” və “Qarabağ” bu mövqelərdə mərhələni başa vuracağı halda, pley-off mərhələsində 15-ci və ya 16-cı sırada yer alan klublarla üz-üzə gələ bilərlər. Söhbət “Yuventus” və “Borussiya”dan gedir.

Bu qarşılaşmalardan qalib ayrılacaq komandaları isə daha çətin sınaq gözləyir. Belə ki, pley-offu keçən tərəf 1/8 finalda liqa mərhələsini ilk iki pillədə tamamlayan “Arsenal” və ya “Bavariya” ilə qarşılaşmaq məcburiyyətində qalacaq.
Mövcud vəziyyətə əsasən, komandaların ehtimal olunan rəqibləri aşağıdakı kimidir:

Əlaqəli Xəbərlər