"Araz-Naxçıvan"ın məşqçilər korpusuna ukraynalı mütəxəssis qoşuldu
Operativ Media
Baş məşqçi Andrey Demçenkonun istəyi ilə “Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.
Operativ Media xəbər verir ki, 39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb.
Qeyd edək ki, məşqçilər korpusunda Y. Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma