Menyu

ABŞ-nin səfirliyi "Qarabağ" FK-nı təbrik etdi

Operativ Media
ABŞ-nin səfirliyi "Qarabağ" FK-nı təbrik etdi

ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ” FK-nı təbrik edib.

Operativ Media xəbər verir ki, bu haqda səfirliyin sosial media hesabında paylaşım edilib.

"ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda "Ayntraxt" üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə "Qarabağ" FK-nı təbrik edir. Qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla bir çıxış. Birləşmiş Ştatlar bu il FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir", - deyə paylaşımda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər