Almaniyanın Azərbaycandakı səfirliyi “Qarabağ”ı ötən gün “Ayntraxt” (Frankfurt) üzərində qazandığı qələbə münasibəti ilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə səfirlik sosial media hesabında paylaşım edib:
“Qarabağ” FK-nı “Ayntraxt” (Frankfurt) üzərində 3:2 hesablı qələbə münasibətilə ürəkdən təbrik edirik! Səfir Horlemann və Almaniyanın Bakıdakı səfirliyinin bir qrup əməkdaşı dünən stadionda idi. Tofiq Bəhramov adına Respublika Stadionun unikal atmosferində həyəcanlı bir oyun və gözəl bir futbol axşamı oldu”.