"Liverpul"un kapitanı: “Birbaşa 1/8 final üçün "Qarabağ"a qalib gəlmək vacibdir”

"Liverpul"un kapitanı Vircil van Deyk Çempionlar Liqasının Liqa mərhələsinin son - 8-ci turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Operativ Media UEFA-nın saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını deyib:
"Birbaşa 1/8 finala yüksəlmək bizim üçün çox vacibdir. Çünki pley-off keçid mərhələsini buraxmış olursan, bu isə hazırda keçdiyimiz gərgin oyun qrafikində bizə kömək edəcək. Gələn həftə yenə hər şey bizdən asılı olacaq. Evdə "Qarabağ"la qarşılaşacağıq. İlk "8-lik"dəki yerimizi təmin etmək lazımdır. Hazırda turnir cədvəlindəki mövqeyimiz yaxşıdır. Amma həlledici məqam gələn həftədir".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 29-da "Enfild" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Mersisayd təmsilçisi hazırda tunir cədvəlində 15 xalla 4-cü, Ağdam klubu isə 10 xalla 18-cidir.