Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi komandasına seçildi
Operativ Media
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.
Operativ Media xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev də bu siyahıya daxil olub.
UEFA və turnirin rəsmi tərəfdaşı crypto.com tərəfindən tərtib olunan rəmzi komandada Cəfərquliyev sol cinah müdafiəçisi mövqeyində yer alıb. Futbolçunun son turda göstərdiyi inamlı oyun, müdafiədə etibarlı çıxışı və komandanın nəticəsinə verdiyi töhfə yüksək qiymətləndirilib.
Qeyd edək ki, bu, Azərbaycan futbolçusunun Çempionlar Liqasında həftənin rəmzi komandasına düşməsi baxımından nadir uğurlardandır.