"Fənərbaxça" polşalı futbolçu ilə vidalaşdı
Operativ Media

"Fənərbaxça"nın yarımmüdafiəçisi Sebastian Şimanski karyerasını Fransada davam etdirəcək.
Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, polyak futbolçu "Renn" ilə anlaşıb.
Tərəflər 2029-cu ilin yayına qədər müqavilə imzalayıblar.
Bu keçid Fransa klubuna 10,5 milyon avroya başa gəlib. Sözləşməyə əsasən Şimanskinin 2019-cu ildən 2022-ci ilə qədər formasını geyindiyi Kiyev "Dinamo"suna da transferdən pay düşəcək. Ukrayna klubu 1 milyon avrodan bir qədər çox qazanacaq.
Qeyd edək ki, Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə 26 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.