Menyu

Braziliya millisində Ançelotti dövrü 2030-cu ilədək davam edəcək

Operativ Media
Braziliya millisində Ançelotti dövrü 2030-cu ilədək davam edəcək

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası ilə müqaviləsinin 2030-cu il Dünya Kubokuna qədər uzadılması barədə şifahi razılığa gəlib.

Operativ Media xəbər verir ki, bu haqda "Globo" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər artıq yeni müqavilənin şərtləri üzərində razılıq əldə ediblər. Məzuniyyətdən sonra yanvarın 22-də Rio-de-Janeyroya gələn Ançelottinin müqaviləni fevral ayının ilk həftələrində imzalayacağı gözlənilir.

Müqavilənin uzadılması ilə bağlı danışıqlar oktyabr ayında başlayıb və ilin sonunadək davam edib. Yeni anlaşma əvvəlki maliyyə şərtləri əsasında bağlanacaq. Hazırda milli komandalar arasında ən yüksək maaş alan baş məşqçi olan Ançelotti (təxminən 10 milyon avro) idman məqsədlərinə uyğun şəkildə yenilənmiş bonus mexanizmi ilə maaşını qoruyacaq.

Qeyd edək ki, Karlo Ançelotti 2025-ci ilin may ayında Braziliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. O, klub karyerası ərzində “Real Madrid”, “Çelsi”, “Napoli”, “Bavariya”, PSJ, “Milan”, “Everton”, “Yuventus” və digər nüfuzlu komandalara rəhbərlik edib.

Əlaqəli Xəbərlər