Menyu

ABL: "Quba" "Lənkəran"a, "Sərhədçi" "Naxçıvan"a qarşı

Operativ Media
ABL: "Quba" "Lənkəran"a, "Sərhədçi" "Naxçıvan"a qarşı

Bu gün Azərbaycan Basketbol Liqasında(ABL) XIV turun daha iki oyunu keçiriləcək.

Operativ Media xəbər verir ki, günün ilk qarşılaşması Qubada baş tutacaq.

"Quba" "doğma divarlar" arasında "Lənkəran"ı qəbul edəcək. Qarşılaşma Quba Olimpiya Kompleksində baş tutacaq görüşün start fiti saat 15:00-da səslənəcək. 

Günün ikinci oyununda "Naxçıvan" "Sərhədçi"nin qonağı olacaq. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək qarşılaşma saat 20:00-a planlaşdırılıb.

Aktivində 23 xal olan "Naxçıvan" B qrupunda ikincidir. "Quba", "Lənkəran" və "Sərhədçi" 17 xalla 4-6-cı yerləri bölüşdürürlər.

Qeyd edək ki, XIV tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Ordu"nu məğlub edib - 100:96.

Əlaqəli Xəbərlər