"Qarabağ" - "Kəpəz" oyununa biletlər satışa çıxarılır
Operativ Media
Misli Premyer Liqasının 17-ci turunun “Qarabağ” – “Kəpəz” oyununun biletləri bu gün satışa çıxarılacaq.
Operativ Media xəbər verir ki, azarkeşlər bu gün saat 12:00-dan etibarən biletləri əldə edə bilərlər.
Oyun günü də həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında satış olacaq. Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Qeyd edək ki, sabah “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Kəpəz” matçı saat 16:30-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net