Menyu

"Mançester Yunayted" "Beşiktaş"ın yarımmüdafiəçisini istəyir

Operativ Media
"Mançester Yunayted" "Beşiktaş"ın yarımmüdafiəçisini istəyir

"Beşiktaş"ın nigeriyalı yarımmüdafiəçisi Vilfred Ndidi bu dəfə "Mançester Yunayted"in diqqət mərkəzinə düşüb.

Operativ Media xəbər verir ki, bu haqda məşhur insayder Fabrisio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar"ın Ndidiyə rəsmi təklif göndərib. Təklifin məbləği və digər maliyyə detallar hələ açıqlanmayıb.

Cari mövsümdə "Beşiktaş" forması ilə 16 matçda iştirak edən 29 yaşlı futbolçu, 1 qol və 1 assistlə komandasına dəstək olub. "Transfermarkt" portalı futbolçunun dəyərini 10 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər