Menyu

Almaniyalı futbolçunun transferindən imtina edilib

Operativ Media
Almaniyalı futbolçunun transferindən imtina edilib

İspaniyanın "Barselona" klubu Dortmund "Borussiya"sının (Almaniya) mərkəz müdafiəçisi Niko Şlotterbeki heyətinə qatmaqdan tamamilə imtina edib.

Operativ Media xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Klub almaniyalı futbolçunun bir çox faydalı keyfiyyətlərə malik olduğunu qəbul etsə də, baş məşqçi Hans-Diter Flikin oyun sisteminə uyğunlaşmaq üçün kifayət qədər sürətli hesab edilmir. Bu səbəbdən "Barselona" 26 yaşlı müdafiəçi uğrunda digər klublarla mübarizəyə qoşulmayacaq.

Qeyd edək ki, N.Şlotterbek cari mövsümdə bütün turnirlərdə 22 matçda meydana çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalına görə, oyunçunun bazar dəyəri 55 milyon avro təşkil edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər