"Hamburq"un azərbaycanlı üzvü: "Ölkəmi layiqincə təmsil edəcəyəm"
Operativ Media
Almaniyanın "Hamburq" klubuna keçən qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Operativ Media xəbər verir ki, 23 yaşlı müdafiəçi hədəflərinin böyük olduğunu deyib:
"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".
Qeyd edək ki, Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.