Menyu

Azərbaycanlı yeniyetmə şpaqaçı Serbiyada beynəlxalq turnirin mükafatçısı olub

Operativ Media
Azərbaycanlı yeniyetmə şpaqaçı Serbiyada beynəlxalq turnirin mükafatçısı olub

Yeniyetmə qılıncoynadanımız Mirnuray Abasova Serbiyanın Novi Sad şəhərində keçirilən "European Cadet Circuit" beynəlxalq turnirində 140 qız şpaqaçı arasında üçüncü olaraq bürünc medal qazanıb.

Operativ Media xəbər verir ki, qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə bitirən Mirnuray Abasova qız şpaqaçıların şəxsi mübarizəsində yarışın yarımfinalına kimi irəliləməyi bacarıb. Pley-offda Yunanıstan, Türkiyə, Bolqarıstan və İtaliya təmsilçilərinə qalib gələn Mirnuray finalın bir addımlığında turnirin qızıl medalçısı ukraynalı Polina Spiridonovaya 10:15 hesabı ilə uduzub.

Yeniyetmə oğlan şpaqaçılarımız isə komanda yarışında 5-ci olub. Mirxətai Məmmədov, Üzeyir Əlizadə, Oruc Misirzadə və Osman Məmmədovdan ibarət komandamız ən güclü 16-lığa yüksəlmək uğurunda keçirilən görüşdə Bolqarıstanın 3-cü komandasına 45:17 hesabı ilə qalib gəlib. Millimiz növbəti mərhələdə Türkiyənin 2-ci komandasını 45:34 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib. Şpaqaçılarımız yarımfinal uğrunda keçirilən qarşılaşmada Ukrayna yığmasına 35:36 hesabı ilə uduzub.

Yeniyetmə oğlanlardan ibarət şpaqa üzrə millimiz 5-ci yer uğrunda görüşlərdə Türkiyə (45:22) və Serbiya (45:41) komandalarına qalib gəlib.

Əlaqəli Xəbərlər