Menyu

Yeniyetmə sablyaçı Abbas Hüseynov Polşadan bürünc medalla qayıdır

Operativ Media
Yeniyetmə sablyaçı Abbas Hüseynov Polşadan bürünc medalla qayıdır
1 dəq oxu

Yeniyetmə qılıncoynadanımız Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən "Cadet Circuit" beynəlxalq turnirində bürünc medal qazanıb.

Operativ Media xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas yeniyetmə oğlan sablyaçıların şəxsi mübarizəsində pley-offda Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Abbas Hüseynov finalın bir addımlığında turnirin qalibi fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzub.

Əlaqəli Xəbərlər