18 yaşlı braziliyalı "Çelsi"də rekorda imza atıb

"Çelsi"nin hücumçusu Estevao Premyer Liqanın 23-cü turunda "Kristal Pelas"a qarşı (3:1) matçın qəhrəmanı oldu və London klubunun tarixinə düşüb.
Operativ Media xəbər verir ki, bu haqda "Opta" məlumat yayıb.
Yanvarın 25-də baş tutan oyunda 18 yaşlı braziliyalı futbolçu bir qol vurub və bir məhsuldar ötürmə edib.
Agentliyin məlumatına görə, Estevao matç zamanı 18 yaş 276 günlük olub. O, "Çelsi" tarixində eyni Premyer Liqa matçında qol vuran və məhsuldar ötürmə edən ikinci ən gənc oyunçu olub. Estevao klubun 21-ci əsrdə ən yaxşı qol-qol nisbətini müəyyən edib.
Daha gənc yaşda buna nail olan yeganə "Çelsi" oyunçusu Nil Şipperli idi. 1993-cü ilin aprelində, 18 yaş 164 günlüyündə "Uimbldon"a qarşı qol vurub və məhsuldar ötürmə edib. Beləliklə, Estevao heç bir "Çelsi" oyunçusunun 30 ildən çoxdur ki, nail ola bilmədiyi bir nailiyyətə imza atıb.