Menyu

"Liverpul" müdafiəçisini "Tottenhem"ə buraxmadı

Operativ Media
"Liverpul" müdafiəçisini "Tottenhem"ə buraxmadı

"Liverpul"un müdafiəçisi Endryu Robertsonun "Tottenhem"ə keçidi uğursuz olub.

Operativ Media xəbər verir ki, bu haqda "The Times" qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, Mersisayd klubu "Tottenhem"in baş məşqçisi Tomas Franka "qırmızılar"ın 31 yaşlı şotlandlının yerinə oyunçu tapmadığını və buna görə də oyunçunun transferini təsdiqləməyəcəyini bildirib.

Robertson 2017-ci ildən "Liverpul"da oynayır və "Hall City"dən transfer olunub. Bu mövsüm o, bütün turnirlərdə 22 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Robertsonun "Liverpul"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" onun dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər