Menyu

PSJ və "Monako"nun sabiq futbolçusu İndoneziya klubuna keçdi

Operativ Media
PSJ və "Monako"nun sabiq futbolçusu İndoneziya klubuna keçdi

PSJ və "Monako"nun sabiq müdafiəçisi Layvin Kurzava İndoneziyanın "Persib Bandunq" klubuna keçib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı fransız kluba pulsuz transferlə qoşulub. O, "Boavişta"dan ayrıldıqdan sonra ötən yaydan bəri komandasız qalmışdı. O, İndoneziyada 3 nömrəli formanı geyinəcək.

Kurzava əvvəllər PSJ, "Fulhem" və "Monako"da oynayıb. O, Fransa millisində 13 oyunda iştirak edib və 1 qol vurub.

18 turdan sonra "Persib" İndoneziya çempionatında 41 xalla birinci yerdədir.

Əlaqəli Xəbərlər