Menyu

"Sabah" 20-ci böyükhesablı qələbəsini qazanıb

Operativ Media
"Sabah" 20-ci böyükhesablı qələbəsini qazanıb

"Sabah” Azərbaycan Premyer Liqasının XVII turunda “Karvan-Yevlax”a 4:1 hesabı ilə qalib gəlib.

Operativ Media xəbər verir ki, bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsi olub. Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

“Sabah” 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə “ANS-Pivani”yə çatıb. 

Qeyd edək ki, “Sabah” ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. “Səbail”lə ev matçında 3 cavabsız qol vurulub.

Əlaqəli Xəbərlər