Menyu

Çempionlar Liqası: “Liverpul” – “Qarabağ” matçı ərəfəsində diqqətçəkən statistika

Operativ Media
Çempionlar Liqası: “Liverpul” – “Qarabağ” matçı ərəfəsində diqqətçəkən statistika

Çempionlar Liqasının 8-ci turunda keçiriləcək “Liverpul” – “Qarabağ” oyunu ərəfəsində əsas statistika və faktlar dərc olunub.

Operativ Media xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytında məlumat paylaşılıb.

Məlumatda “Qarabağ”ın İngiltərəyə etdiyi dörd səfərin hamısında məğlub olduğu və İngiltərə klublarına qarşı indiyədək qələbə qazana bilmədiyi (bir heç-heçə, yeddi məğlubiyyət) qeyd edilib. Bununla belə, Azərbaycan çempionunun Çempionlar Liqasında keçirdiyi 10 oyunun səkkizində iki və ya daha çox qol vurduğu vurğulanıb. Komandanın hücumçusu Kamilo Duran da diqqət mərkəzindədir. Kolumbiyalı futbolçu turnirin son iki oyununda üç qol vurub.

Ev sahibi komandanın statistikasına gəlincə, Mersisayd təmsilçisi 5-ci turda PSV-yə məğlubiyyətə qədər “Enfild” stadionunda ardıcıl 16 Çempionlar Liqası oyununda qələbə qazanmışdı. “Liverpul” turnirdə keçirdiyi son 20 oyunun 17-də qalib gəlib. İngiltərə klubunun əsas təhlükəli futbolçularından biri olan Dominik Şoboslay da son üç oyun daxil olmaqla, son beş Çempionlar Liqası matçının dördündə qol vuraraq məhsuldar performans seriyası ilə seçilib.

“Liverpul” – “Qarabağ” matçı yanvarın 28-də “Enfild Roud” stadionunda keçiriləcək. Görüş yerli vaxtla saat 20:00-da, Bakı vaxtı ilə isə saat 00:00-da başlayacaq.

Əlaqəli Xəbərlər