Qvardiola "Qalatasaray"la oyunu buraxacaq futbolçuları açıqlayıb
Operativ Media
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında "Qalatasaray"la keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək futbolçuların siyahısını açıqlayıb.
Operativ Media xəbər verir ki, o, siyahının uzun olduğunu söyləyib:
"Bilirəm ki, Mark Quehi, Antuan Semenyo, Rodri oynaya bilməyəcək. Niko Qonsales, Savio, Con Stounz hazır olmayacaq. Siyahı uzundur. Ümid edirəm ki, azarkeşlərimiz ilk səkkizlikdə olmadığımızı bilərək, bizə ora çatmaq üçün güc verəcəklər".
"Mançester Siti" və "Qalatasaray" arasında Çempionlar Liqasının liqa mərhələsinin son turunun oyunu yanvarın 28-də keçiriləcək.