Menyu

Yelena Parxomenko "Qalatasaray"ın oyununa təyinat aldı

Operativ Media
Yelena Parxomenko "Qalatasaray"ın oyununa təyinat aldı
1 dəq oxu

Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.

Operativ Media xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.

Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq “Galatasaray DAİKİN İSTANBUL” (Türkiyə) – “Allianz MTV STUTTGART” (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək. Oyunun baş hakimləri portuqaliyalı Nuno Maia və kiprli Andreas Daniil olacaq.

Əlaqəli Xəbərlər