Menyu

“Qarabağ” ÇL-də heyət dəyəri ilə nəticə fərqində liderdir - FOTO

Operativ Media
“Qarabağ” ÇL-də heyət dəyəri ilə nəticə fərqində liderdir - FOTO

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümü üçün komandaların heyət dəyərinə görə ən uğurlu sıralaması açıqlanıb.

Operativ Media “Transfermarkt”ə istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” FK heyətinin dəyəri ilə müqayisədə göstərdiyi nəticələr baxımından siyahıya liderlik edir. Ağdam təmsilçisi bu göstərici ilə Avropanın bir sıra tanınmış klublarını geridə qoyub.
Reytinqdə “Qalatasaray” (+10) ikinci, “Bayern” və “Atalanta” (+8) isə növbəti pillələrdə yer alıb. İlk onluqda həmçinin “Sporting”, “Kopenhagen”, “Olimpiakos”, “Bodø/Glimt”, “Tottenhem”, “Liverpul” və “Nyukasl Yunayted” də yer alır.

Qeyd edək ki, bu sıralama komandaların heyət dəyəri ilə real idman nəticələri arasındakı fərqə əsaslanır və mövsüm ərzində ən effektiv çıxış edən klubları ön plana çıxarır.

Əlaqəli Xəbərlər