Menyu

“Qarabağ” Enfilddə rekord qırır: “Liverpul”un qəbul etdiyi ən uzaq Avropa komandası

Operativ Media
“Qarabağ” Enfilddə rekord qırır: “Liverpul”un qəbul etdiyi ən uzaq Avropa komandası

“Liverpul” klubunun rəsmi İnstaqram sosial şəbəkə hesabı “Qarabağ” komandasının İngilltərəyə bugünkü səfəri ilə bağlı maraqlı paylaşım edib.

Operativ Media xəbər verir ki, paylaşımda bildirilib: 

“Enfilddə qeyri-adi bir rekord gözlənilir. UEFA Çempionlar Liqası qarşılaşması üçün “Qarabağ” Bakından yola düşüb. Bu, “Liverpul”un indiyədək qəbul etdiyi ən uzun Avropa səfəri olacaq”.

Qeyd edək ki, “Qarabağ”ın Liverpul şəhərinə təyyarə ilə yolçuluğu 7 saat çəkəcək. 

Paylaşımda qeyd edilir ki, bu, 2583 mil (4157 kilometr) təşkil edir

Açıqlanan siyahıda Liverpul tarixində ən uzun səfər yolçuluğuna gəlmiş 10 komandanın yer aldığı siyahı təqdim olunub.

1. “Qarabağ” - 2583 mil (4157 kilometr)

2. “Anji” (Mahaçqala) - 2378 mil

3. “Makkabi” (Hayfa) - 2341- mil

4. “Dinamo” (Tbilisi) - 2319 mil

5. “Spartak” (Vladiqafqaz) - 2260 mil

6. “Apollon” (Limasol) - 2171 mil

7. “Trabzonspor” - 2139 mil

8. “Rubin” (Kazan) - 2041 mil

9. “Qalatasaray” - 1706 mil

10. “Beşiktaş” - 1706 mil

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər