"İnter" 18 yaşlı müdafiəçi ilə gücləndi
Operativ Media
"İnter" Zaqreb "Dinamo"sundan müdafiəçi Leon Yakiroviçin transferini açıqlayıb.
Operativ Media xəbər verir ki, 18 yaşlı xorvatiyalı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
"Transfermarkt"ın məlumatına görə, müdafiəçinin transfer qiyməti 2,5 milyon avro olub. Yakiroviç "İnter"in gənclər komandasında oynayacaq.
Bu mövsüm Yakiroviç Premyer Liqa Beynəlxalq Kuboku üçün üç oyunda iştirak etsə də, heç bir məhsuldar ötürmə etməyib. O, "Dinamo"nun əsas heyətində oynamayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net