Menyu

"Bazel" yeni baş məşqçisini açıqladı

Operativ Media
"Bazel" yeni baş məşqçisini açıqladı

İtaliyanın “Yuventus”, İngiltərənin “Arsenal” klublarının və İsveçrə millisinin sabiq müdafiəçisi Ştefan Lixtştayner “Bazel” klubunun “sükanı arxasına” keçib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

42 yaşlı mütəxəssis 2022-2024-cü illərdə “Bazel”in gənclər komandalarına rəhbərlik edib, daha sonra isə “Vettsvil-Bonstetten” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.

Lixtştayner “Yuventus”un heyətində yeddiqat İtaliya çempionu olub.

“Bazel” İsveçrə Superliqasında 21 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider “Tyun”dan 10 xal geri qalır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər