"Qalatasaray" "Mançester Yunayted"in gənc yarımmüdafiəçisini istəyir
Operativ Media
“Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk “Mançester Yunayted”in gənc yarımmüdafiəçisi Kobbi Meynunu komandasında görmək istəyir.
Operativ Media xəbər verir ki, bu haqda məlumatı jurnalist Ferhat Kızıltaş yayıb.
Məlumata görə, türkiyəli mütəxəssis futbolçunu yüksək qiymətləndirir və mümkün transfer variantları arasında ilk seçim kimi məhz Meynunun adını görür.
Qeyd edək ki, 20 yaşlı İngiltərə vətəndaşı olan Kobbi Meynu karyerası ərzində 147 oyunda meydana çıxıb. Yarımmüdafiəçi bu matçlarda 13 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.