Menyu

Bukmekerlər “Qarabağ”ın Çempionlar Liqasında pley-offa yüksələcəyinə inanır

Operativ Media
Bukmekerlər “Qarabağ”ın Çempionlar Liqasında pley-offa yüksələcəyinə inanır

Bukmekerlər “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələcəyinə şübhə etmirlər.

Operativ Media Futbolinfo.az-a istinadən xəbər verir ki, bu səbəbdən Azərbaycan çempionunun ilk “24-lüy”ə düşməsi ilə bağlı mərc qoyuluşu dayandırılıb. Bu da analitiklərin “Qarabağ”ın Liqa mərhələsini keçəcəyinə olan inamını göstərir.

Ağdam təmsilçisi son tur öncəsi 10 xalla 18-ci pillədə qərarlaşır. Komandamızın “24-lük”dən kənarda qalması üçün aşağı pillələrdəki rəqiblərin oyunlarında eyni anda bir neçə nadir və az ehtimallı nəticənin üst-üstə düşməsi tələb olunur.

“Qarabağ”ın pley-offdan kənarda qalmaq ehtimalı da qiymətləndirilib. Belə ki, bukmekerlər Qurban Qurbanovun yetirmələrinin “24-lük”dən kənarda qalmaq şansını 130,0 əmsala bərabər hesab edir.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində son oyununu sabah səfərdə “Liverpul”a qarşı keçirəcək.

Əlaqəli Xəbərlər