Menyu

"Qəbələ" Afrikada oynayan azərbaycanlı futbolçu ilə güclənir

Operativ Media
"Qəbələ" Afrikada oynayan azərbaycanlı futbolçu ilə güclənir

"Qəbələ" qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, bölgə təmsilçisi Turan Manafovu sıralarına qatıb.

Cənubi Afrikanın "Stellenboş" klubuna məxsus sol cinah müdafiəçisi mövsümün sonuna qədər "Qəbələ"də icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Turan Manafov cari mövsümün əvvəlində "Stellenboş"a keçib. 27 yaşlı futbolçu Cənubi Afrika təmsilçisinin heyətində bütün turnirlərdə ümumilikdə 10 oyunda meydana çıxıb, qol və ya məhsuldar ötürməylə yadda qalmayıb.

Əlaqəli Xəbərlər